12px14px16px18px

Əli Hüseynli: “İstər “Şərq tərəfdaşlığı”, istərsə də Avropa İttifaqı ölkələri üçün eyni dəyərlər mövcuddur”

00:50 / 04.04.2012
İstər “Şərq tərəfdaşlığı”, istərsə də Avropa İttifaqı (Aİ) ölkələri üçün eyni dəyərlər mövcuddur”. Bu fikri “Avronest” Parlament Assambleyasının (PA) Bakıda keçirilən ikinci sessiyasının plenar iclası zamanı Azərbaycanın sözügedən qurumdakı nümayəndə heyətinin üzvü, millət vəkili Əli Hüseynli dilə gətirib. Ə.Hüseynlinin qeyd etdiyinə görə, bu dəyərlər demokratiya, media azadlığı, insan hüquqları və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı ümumi dəyərlərdir. “Hər halda sessiyanın plenar iclasının müzakirəsinə təqdim olunan hesabat ideal deyil, ancaq yaxşı bir başlanğıcdır. Düzdür burada ünvanlar konkret göstərilməyib, amma inanıram ki, buradan hər kəs özünə aid olan tövsiyələri götürə bilər və götürəcək. İstər Aİ üzvü olan ölkələr, istərsə də “Şərq tərəfdaşlığı” ölkələri bir daha mövcud ümumi dəyərlərin inkişafı məsələsini daim gündəlikdə saxlamalıdırlar”.
Kamil HƏMZƏOĞLU


Bu yazı ( 102 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar