12px14px16px18px

Avropa Birliyinin komissarının Azərbaycana səfərinin proqramı açıqlandı

01:03 / 03.04.2012
Avropa Birliyinin genişlənmə məsələləri və Avropa Qonşuluq Siyasəti komissarı Ştefan Fülenin Azərbaycana səfərinin proqramı məlum olub. Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 2-3-də Bakıda səfərdə olacaq Ştefan Füle Azərbaycan Prezidenti İlham Əliyev, Milli Məclisin spikeri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov, müxalifət partiyalarının nümayəndələri, vətəndaş cəmiyyəti və insan hüquqları müdafiəçiləri ilə görüşəcək. Görüşlərdə Azərbaycan və Avropa Birliyi arasında əməkdaşlığın inkişafı, həmçinin “Şərq Tərəfdşalığı” proqramı müzakirə olunacaq. Ştefan Füle həmçinin Avronest Parlament Assambleyasının ikinci plenar sessiyasında çıxış edəcək.



Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar