12px14px16px18px

Vahan Hovannesyan: “Ermənistan tərəfi irəliyə doğru addım ata bilər, lakin bir şərtlə ki...”

00:57 / 03.04.2012
“Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı status-kvo uzun müddət davam edə bilməz. Təbii ki, müharibədən isə sülh yaxşıdır”.Bu fikirləri Ermənistanın Azərbaycanda səfərdə olan “Avronest” Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Vahan Hovannesyan jurnalistlərə açıqlamasında bildirib. Onun qeyd etdiyinə görə, münaqişənin həlli ilə bağlı danışıqlar prosesinin getdiyi bu illər ərzində Azərbaycan tərəfindən dəfələrlə belə bəyanatlar səsləndirilib ki, bu ölkə ildən-ilə hərbi büdcəsini artırır: “Əgər Azərbaycan bununla hücuma hazırlaşırsa, biz də öz müdafiəmizi gücləndiririk. Düzdür, Azərbaycan hər zaman, elə indi də Ermənistandan varlı ölkə olub, ölkədir, ancaq bu, o demək deyil ki, Ermənistan daim kasıb qalacaq və öz müdafiəsinə pul ayıra bilməyəcək”.
Münaqişənin həllində kompromisə gedilib-gedilməməsi məsələsinə gəlincə, Ermənistan parlamentarisi iddia edib ki, kompromisə getmək üçün qarşı tərəf də müvafiq addım atmalıdır: “Azərbaycan tərəfi dəfələrlə bildirib ki, o, əvvəlki status-kvo vəziyyətinə, yəni, münaqişə başlanan dövrə qədərki vəziyyətə qayıdılmasını istəyir. Azərbaycan bu münaqişənin yalnız Dağlıq Qarabağın Azərbaycan ərazisi olaraq qalması şərti ilə həllində maraqlı olduğunu bildirir, bunun müqabilində isə hansısa muxtariyyət məsələsindən söhbət açılır. Bununla isə kompromisə getmək mümkün deyil. Ermənistan tərəfi münaqişənin həllində irəliyə doğru addım ata bilər, lakin bir şərtlə ki, Azərbaycan bircə dəfə güzəştə getməyə hazır olduğunu desin”.
Kamil HƏmzƏoğlu



Bu yazı ( 143 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar