12px14px16px18px

Natiq Əliyev: “Azərbaycanın neft sektoruna investisiya yaxın illərdə iki dəfəyədək artacaq”

00:57 / 03.04.2012
“1994-2010-cu illərdə Azərbaycanın neft sektoruna 35 milyard dollardan çox investisiya yatırılıb və yaxın illərdə bu məbləğ iki dəfəyədək artacaq”. Bunu Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev “Avronest” Parlament Assambleyasının Enerji təhlükəsizliyi üzrə Komitəsinin iclasında bildirib.
Nazir qeyd edib ki, Azərbaycan neft strategiyasını düzgün həyata keçirməklə enerji təhlükəsizliyinin təminatçısı kimi tanınır. Onun sözlərinə görə, həyata keçirilən investisiya layihələri Azərbaycanın istehsalının gücünü artırıb. Nazir əlavə edib ki, Azərbaycanın neft təchizatı sutkada 1 milyon barrelə çatıb: “Dünyadakı iqtisadi böhran Azərbaycana təsir göstərməyib. Bundan sonra da təsir göstərəcəyinə inanmıram”. N.Əliyev çıxışında bərpa olunan enerji növləri üzrə daha təhlükəsiz enerji mühitinin qurulmasının da vacibliyini qeyd edib. O bildirib ki, karbohidrogenlərin istifadə edilməsi, xüsusən neftdən daha effektiv istifadə diqqətdə saxlanmalı və daha çox bərpa olunan və alternativ enerji ehtiyatlarından istifadə edilməlidir.
Kamil HƏmzƏoğlu




Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar