12px14px16px18px

Ərdoğan: “İranın nüvə silahı istehsal etməsi sadəcə ehtimaldır”

14:16 / 31.03.2012
“Türkiyənin İranın nüvə proqramı ilə bağlı mövqeyi məlumdur”. APA-nın məlumatına görə, bunu İrandan səfərdən qayıdan Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada keçirdiyi mətbuat konfransında deyib. Jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan bildirib ki, İranın sülh məqsədləri üçün nüvə proqramını həyata keçirməyə haqqı var: “İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyi bəyan edib ki, bizim şəriətə görə nüvə silahı istifadə edilə bilməz. Dünənki görüşümüzdə də ayətullah Xamneyi bunu təkrar edib. Eyni sözləri İranın prezidenti də deyib. Onların bu sözlərindən sonra mən İranın nüvə silahı istehsal etdiyini deyə bilmərəm. İranın sülh məqsədləri üçün nüvə proqramını həyata keçirməyə haqqı yoxdur?” R.T.Ərdoğan əlavə edib ki, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) nümayəndələri dəfələrlə İranda səfərdə olub: “AEBA nümayəndələri İranın nüvə proqramı ilə bağlı hər dəfə müxtəlif açıqlamalarla çıxış ediblər. Amma heç vaxt İranda nüvə silahının olduğunu deməyiblər. Sadəcə ehtimaldan söhbət gedir. Əgər belədirsə, dünya hər yerdə ədalətli olsun. İsrailin vəziyyəti məlumdur. Orada xeyli nüvə başlığı var. Amma heç kəs buna görə İsraildən hesabat istəmir. Elə isə İsraildən də hesabat tələb edin”.






Bu yazı ( 209 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar