12px14px16px18px

Sahibə Qafarova: “ Dünya Azərbaycanlı Gənclər Birliyinin yaranması Azərbaycan dövlətinin həyatında mühüm hadisədir”

01:43 / 15.03.2012  
“Dünya Azərbaycanlı Gənclər Birliyinin yaranması ilə bağlı təsis qurultayının keçirilməsi Azərbaycan dövlətinin, Azərbaycan gəncliyinin, xüsusilə, dünyada yaşayan, fəaliyyət göstərən Azərbaycan diasporunun, diaspor təşkilatlarının həyatında, tarixində çox mühüm ictimai-siyasi hadisədir. Belə bir təşkilatın yaranmasına çoxdan ehtiyac var idi və nəhayət, bu günlərdə belə bir qurumun yarandığı rəsmən elan edildi”. Bunu mətbuata açıqlamasında hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili, professor Sahibə Qafarova dilə gətirib. Millət vəkilinin dediyinə görə, Ümummilli lider Heydər Əliyevin ikinci dəfə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra, xüsusilə, onun siyasi kursunun layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin hakimiyyətdə olduğu son 9 il ərzində Azərbaycan gəncliyinin düzgün istiqamətdə formalaşdırılması, həmçinin, xaricdəki Azərbaycan diasporunun bir araya gəlməsi, onların Azərbaycan naminə fəaliyyətinin əlaqələndirilməsi və bu fəaliyyətinin gücləndirilməsi yönündə bir sıra tarixi əhəmiyyətli addımlar atılıb. Dünya Azərbaycanlı Gənclər Birliyinin yaranması ilə bu istiqamətdə növbəti uğurlu addımın atıldığını deyən millət vəkili inanır və hesab edir ki, bu qurum onun qarşısında qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcək,eyni zamanda, Azərbaycan gəncliyinin, diasporunun daha da toparlanması , o cümlədən, Azərbaycan, Qarabağ həqiqətlərinin dünya arenasında olduğu kimi, tanıdılması işinə öz müsbət töhfəsini verəcək: “ Bizim hər birimiz üçün Azərbaycan, Qarabağ həqiqətlərinin beynəlxalq birliyə, dünya ictimaiyyətinə layiqli səviyyədə çatdırılması işi olduqca vacib bir məsələdir. Bu, bizim hər birimizin ilk öncə vətəndaşlıq borcumuzdur. Bu məsələdə də heç şübhəsiz gələcəyimiz olan Azərbaycan gəncliyinin, o cümlədən, xaricdə yaşayan və fəaliyyət göstərən Azərbaycan diasporunun, diaspor təşkilatlarının üzərinə, çiyninə böyük məsuliyyət düşür. Bu baxımdan inanıram və hesab edirəm ki, bu məsələdə də Azərbaycan gəncliyi, Azərbaycan diasporu və diaspor təşkilatrları öz üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyi bacaracaqlar. Buna heç kimin şübhəsi olmasın”.
KAMİL


Bu yazı ( 112 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar