12px14px16px18px

“Region ölkələrinin mövcud problemləri özlərinin həll etmək istəməsi müsbət haldır”

01:43 / 15.03.2012
“İranla Azərbaycan arasında münasibətlər normal məcrada inkişaf edir. Hazırda hər iki tərəf bu münasibətlərə çox həssas yanaşır və bu münasibətləri qorumaq üçün əllərindən gələni əsirgmir”. Bunu mətbuata açıqlamasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı deyib. Onun fikrincə, İranla Azərbaycanı bir-birinə bağlayan çox şey mövcuddur: “Bizim onlarla tarixi, din, dil bağlılığımız var. Bununla belə İran əhalisinin 50 faizdən çoxu azərbaycanlıdır. Ona görə də hesab edirəm ki, İran Azərbaycan münasibətləri mehriban qonşuluq səviyyəsindədir. İranın bu və ya digər məsələlərlə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyinə müəyyən sənədlər göndərməsi, nota verməsi normal bir prosesdir. İranla Azərbaycan qonşu ölkədir və heç də qonşu ölkələr arasında məsələlərin hamısı hamar deyil. Bizim də XİN zaman-zaman İran tərəfinə razı olmadığı məsələlərlə bağlı notalar verib və cavablar da alıb”. Millət vəkili Fazil Mustafa isə hesab edir ki, İranın Azərbaycana münasibətində kobudluq əsas yer tutur. Onun sözlərinə görə, İran öz üslubunu dəyişməlidir: “Faktiki olaraq bu onun düşündüyü kimi deyil. İran sonda başa düşməlidir ki, Azərbaycan bütün hallarda İranla qonşuluq prinsiplərinə əməl etməkdə maraqlıdır və İrana qarşı hər hansı bir şəkildə öz ərazisindən istifadə etməyə yol vermək fikrində deyil. İran bununla Azərbaycanı özünün də istəmədiyi şəkildə cinaha sürükləmiş olur. Hesab edirəm ki, bu kimi məsələlərdə İran dövləti çox diqqətli olmalıdır. Eyni zamanda Azərbaycan tərəfindən də İrana yönəlik müəyyən addımlarda üslubu, çərçivəni gözləmək lazımdır. Çünki bu anda münasibətlərin pozulması hər iki dövlərin maraqlarına cavab vermir”. Politoloq Elman Nəsirov isə hesab edir ki, Azərbaycan, İran və Türkiyə xarici işlər nazirlərinin Naxçıvandakı üçtərəfli görüşü münasibətlərdə yaranan problemlərin aradan qaldırılması üçün əhəmiyyətlidir. Onun sözlərinə görə, eyni zamanda üçtərəfli görüşün İrana qarşı təhdidlərin artdığı bir zamanda baş verməsi region üçün prinsipial əhəmiyyətə malikdir: “Öncə nazirlərin qəbul etdiyi bəyanata toxunmaq istərdim. Bəyanatda İran-Türkiyə, eləcə də İran-Azərbaycan arasında baş verən narazılıqların aradan qaldırılması, münasibətlərin inkişaf etdirilməsi ilə bağlı fikirlər mövcuddur. Bu bəndin olması müsbət məqamlardan biridir. Çünki cari ilin əvvəlindən İran və Azərbaycan arasında soyuqluq mövcuddur. Məhz Naxçıvan görüşü bir sıra problemlərin çözülməsinin açarı oldu”.Onun fikrincə, Naxçıvan görüşündə region ölkələrinin mövcud problemləri özlərinin həll etmək istəməsi müsbət haldır: “Ancaq regiona marağı ölkələri də nəzərə almaq lazımdır. Regiona marağı olan ölkələr üçtərəfli görüşü qısqanclıqla qarşılaya bilər. Çünki təsir mexanizminin əldən çıxma ehtimalı var. Həmçini tərəflərin öz ərazilərinin düşmənçiliyə gətirib çıxara bilən hər hansı bir təhdid və ya fəaliyyət üçün istifadə edilməsinə heç bir halda icazə verməyəcəkləri barədə qətiyyətli olduqlarını ifadə etməsi xarici qüvvələrin gücünü tam sarsıda bilər və İrana rahatlıq gətirər. Eyni zamanda İranın çətin vəziyyətdə olduğunu nəzərə alsaq, Azərbaycana qarşı soyuq münasibətləri dayandırmalıdır. Türkiyə isə İranla Qərb dünyası arasında vasitəçilik missiyasını öz üzərinə götürüb. Məhz bu zəmində bu görüşlər İrana hava kimi lazımdır”.
PƏRVANƏ


Bu yazı ( 109 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar