12px14px16px18px

Mourinyo: “Messinin 50 qol vurmasının mənası yoxdur”

00:33 / 19.05.2012
Madridin “Real” klubunun baş məşqçisi Joze Mourinyo bir daha bəyan edib ki, bu il üçün FİFA-nın “Qızıl top” mükafatını “Barselona”lı Lionel Messiyə yox, futbolçusu Kriştiano Ronaldoya vermək lazımdır. İspaniya mətbuatına müsahibəsində o bildirib ki, Ronaldo bu mükafata daha çox layiqdir. “Ona gorə də düşünürəm ki, “Qızıl top” Ronaldoya veriməlidir. Ronaldonun La Liqanın ən yaxşı bombardiri ola bilməməsi mühüm deyil. Mühüm olan odur ki, onun vurduğu qollar “Real”a çempionluğu qazandırıb. Bəli, Messi bu mövsüm 50 qol vurdu. Amma nə olsun? İndi bunun bir mənası yoxdur. Necə ki, ötən il Ronaldo 42 qol vuranda bu, heç bir anlama gəlmirdi” – deyə Mourinyo bildirib.


Bu yazı ( 220 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar