12px14px16px18px

“Danışsam, məni ya Əziz Yıldırımın yanına qoyarlar, ya da qonşusu edərlər”

00:50 / 18.05.2012
“Fənərbaxça” klubunun kapitanı Aleks de Souza Türkiyə futbolundakı danışılmış oyunlarla əlaqədar qaldırılan cinayət işinə münasibət bildirib. Braziliyalı yarımmüdafiəçi cinayət işinin nə dərəcədə siyasi məsələ olduğuna dair suala konkret cavab verməkdən imtina edib. O, mövqeyini belə əsaslandırıb: “Bu suala cavab versəm, məni ya Əziz Yıldırımın yanına qoyarlar, ya da onun qonşusu olaram. Mən idmançıyam. Meydanda baş verənlərlə bağlı şərhlərə özümü daha yaxın sayıram. Klub prezidentimiz güclü insandır. Vəkilləri var. Məhkəmədə özünü lazım olduğu kimi müdafiə edəcək. Özüm isə səssiz qalmağı üstün tuturam. Yeganə istəyim bu qaranlıq və qeyri-müəyyən durumun aydınlaşmasıdır”. Aleks “Fənərbaxça”nın 29 ildən sonra Türkiyə Kubokunu qazanmasında başlıca rol oynayıb. 35 yaşlı oyunçu “Kuboku klub prezidentinə aparacaqsınız?” sualını da cavablandırıb: “Prezidentimiz bu kuboka və daha artığına layiqdir. 10 aydır ki, azadlıqdan məhrum olub. 2 aydan sonra bir ili tamam olacaq. Mən bunu 3 iyuldan bəri azad insanın həyatından alınan bir il kimi dəyərləndirirəm. Prezidentimiz bu kuboku haqq edir”. Qeyd edək ki, “Fənərbaxça” Türkiyə Kubokunun finalında “Bursaspor”u darmadağın edib – 4:0.











Bu yazı ( 72 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar