12px14px16px18px

“Barselona”da daha bir ciddi itki

00:48 / 18.05.2012
Karles Puyolun ardından “Barselona” klubunun daha bir müdafiəçisi ciddi zədə alıb. Qol.Az-ın məlumatına görə, komandanın son məşqlərindən birində zədə alan Dani Alves əməliyyat olunacaq. Braziliyalı futbolçunun bu səbəbdən ən azı 8 həftə futboldan kənarda qalacağı bildirilir. Bu isə o deməkdir ki, Alves mayın 26-da “Atletik”ə qarşı keçiriləcək İspaniya kubokunun finalını buraxmalı olacaq.


Bu yazı ( 63 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar