12px14px16px18px

Kristian Torres rəsmən “Simurq”da!

00:47 / 18.05.2012
“Simurq” bir futbolçu ilə artıq razılığa gəlib. Qol.Az-ın əldə etdiyi məlumata görə, Zaqatala klubu “Rəvan”ın futbolçusu Kristian Torreslə münasibətlərini rəsmləşdirib. Daha doğrusu, tərəflər bütün məsələlərdə razılığa gəliblər və futbolçu hazırda tibbi müayinədən keçir. Müayinə başa çatdıqdan sonra rəsmi müqavilə imzalanacaq. Müqavilənin müddəti 1 illik olacaq. Qeyd edək ki, Torresin ölkəmizdəki ilk klubu “Qəbələ” olub.


Bu yazı ( 61 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar