12px14px16px18px

Ramin Musayev: “Qarabağ”ın yerinə mən futbol oynayası deyildim ki...”

“AZAL-ın İLK “ALTILIĞ”A DÜŞMƏMƏSİNİ NECƏ QARŞILADIMSA, “QARABAĞ”ın AVROLİQAYA DÜŞMƏMƏSİNİ DƏ O CÜR QƏBUL ETDİM”

00:44 / 15.05.2012
“Başa vurduğumuz çempionatın səviyyəsi məni qane etdi. Mən bu çempionata 5+ qiyməti verərdim. Çempionatımız çox maraqlı keçdi. Xüsusilə sonuncu turda 2-3-cü yer üçün əla oyunlar keçdi”. Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində Peşakar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan çempionatının yekunlarının şərh edərkən bildirib. O qeyd edib ki, qarşıdakı mövsümdə çempionatın formatıyla bağlı yeniliklər olacaq: “Lakin bu yenilikləri hələ indi açıqlamaq istəmirəm. İnşallah, işlərimizi bitirək sonra məlumat veriləcək. Premyer Liqada 14 komanda iştirak edəcəyinə inanmıram. Ola bilsin, heç 12 komanda da olmasın”. Ramin Musayev “Qarabağ”ın Avroliqadan kənarda qalmasına da münasibətini açıqlayıb: “AZAL-ın ilk “altılığ”a düşməməsini necə qarşıladımsa, “Qarabağ”ın Avroliqaya düşməməsini də o cur qəbul etdim. Əgər komanda Avropaya gedə bilmirsə, buna mən nə edə bilərəm? Onların yerinə futbol mən oynayası deyildim ki... “Qarabağ” rəhbərliyinin transferə pul xərcləməsi barəsində çıxış etmişdim. Lakin “Qarabağ” rəhbərliyi mənə bildirdi ki, bizdə transferlə bağlı problemlərimiz yoxdur”. Birinci divizionun qalibi “Qaradağ Lökbatan”ın növbəti Premyer Liqada oynamasıyla bağlı yaranan problem barədə danışarkən R.Musayev bildirib ki, əgər klub lisenziya ala bilsə, yüksək liqada oynaya biləcək: “Hələ ki, onların vaxtları var. “Turan”ın məsələsinə gəlincə, əgər birinci diviziondan olan komanda lisenziya ala bilsə, o zaman “pley–off” oyunu baş tutacaq”. Əli HƏYATİ


Bu yazı ( 101 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar