12px14px16px18px

Fergüsson: “Nələr baş verdiyini anlamadıq”

00:43 / 15.05.2012
“Mançester Yunayted” klubunun baş məşqçisi Ser Aleks Fergüsson əzəli rəqibləri “Mançester Siti”nin çempionluq zəfərini dəyərləndirib. “BBC Final Score”a danışan şotlandiyalı mütəxəssis “Mançester Siti” – “Kvins Park Reyncers” matçının son dəqiqələrdə nələrin baş verdiyini anlamadıqlarını bildirib: “Heç kəs belə sonluq gözləmirdi. Digər görüşdə “Mançester Siti”nin qalib gələcəyini bilirdik. Ancaq nədənsə matçın son saniyələrinə qədər bu baş verməmişdi. Bununla belə, “şəhərlilər” son saniyələrdə iki qol vurmaqla çempion oldular. Nələrin baş verdiyini anlamadıq. Daha sonra isə hər şey bizə aydın oldu. Rəqibi çempionluq münasibəti ilə təbrik edirik. Çempionluq üçün əlimizdən gələni etdik, lakin alınmadı”. Qeyd edək ki, mövsümün son turunda səfərdə “Sanderlend”ə 1:0 hesabı ilə qalib gələn “Mançester Yunayted” əzəli rəqibi “Mançester Siti”nin də evdə “Kvins Park Reyncers”i məğlub etməsi (3:2) ilə çempionluğu əldən verib.


Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar