12px14px16px18px

Arda Turan: “Bu, mənim ən böyük istəyim idi”

00:19 / 11.05.2012
“Avroliqanın final oyununda Türkiyənin bayrağını dalğalandırmaq ən böyük istəyim idi. Orada keçirdiyim hissləri sözlə ifadə etmək mənim üçün çətindir. Çox xoşbəxtəm”. Bu sözləri NTV Spor-a Avroliqanın final oyunundan dərhal sonra açıqlama verən “Atletiko” (Madrid) klubunun türkiyəli futbolçusu Arda Turan deyib. Arda oyunla bağlı daha sonra bunları bildirib: “Bizim komandanın bütün üzvləri ulduz futbolçulardır. Hamı bu oyunda öz üzərinə düşənin öhdəsindən layiqincə gəldi. Uğurda hamının payı böyükdür. İnanılmaz bir komandamız var. Radamel Falkao isə çox önəmli futbolçudur. O ulduzdur və işinə çox sadiqdir. Keçən mövsümdən indiyədək öz üzərimdə çox çalışmışam. Özümü xeyli inkişaf etdirmişəm. Keçmişdə olan söhbətlərə qayıtmaq istəmirəm. Amma onu deyim ki, futbolda psixoloji amil çox böyükdür. Komandamızın kapitanı Antonio Lopez 1 ildir ki, zədəlidir. Amma heç kim buna görə etiraz etmir” – deyə türkiyəli futbolçu sözlərinə əlavə edib. Xatırladaq ki, Avroliqanın final oyunu çərçivəsində “Atletik” (Bilbao) ilə qarşılaşan “Atletiko” (Madrid) rəqibini 3:0 hesabı ilə məğlub edərək kuboka sahib çıxıb.


Bu yazı ( 106 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar