12px14px16px18px

“Fənərbağça” – “Qalatasaray” matçının baş hakimi bəlli oldu

00:19 / 11.05.2012
 Türkiyə Superliqasında çempionu müəyyənləşdirəcək “Fənərbağça” – “Qalatasaray” derbisinin baş hakimi müəyyənləşib. Bu, məşhur FİFA referisi Cüneyt Çakırdır. Çakır Super Finalın ötən 5 turu ərzində heç bir oyuna təyinat almayıb. Əvəzində o, Çempionlar Liqasında İspaniyanın “Barselona” və İngiltərənin “Çelsi” komandaları arasında keçirilən yarımfinal mərhələsinin cavab qarşılaşmasının baş hakimi olub. 36 yaşlı referi 8 iyun – 1 iyulda Ukrayna və Polşada keçiriləcək Avropa çempionatının oyunlarında da Türkiyəni baş hakim qismində təmsil edəcək. Qeyd edək ki, mayın 12-də keçiriləcək “Fənərbağça” – “Qalatasaray” derbisi Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Super Finalda 5 turdan sonra “Qalatasaray” 47 xalla liderdir. “Fənərbağça” isə 46 xalla 2-ci pillədədir.


Bu yazı ( 100 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar