12px14px16px18px

“Xəzər Lənkəran”dan Vobay açıqlaması

01:00 / 09.05.2012
 “Xəzər Lənkəran” Julius Vobayı transferə çıxarıb. Klubun mətbuat xidmətindən verilən məlumata görə, bu addım baş məşqçi Yunis Hüseynovun istəyi ilə atılıb. Hüseynov Vobayı sərəncamında görmək istəmir və bu futbolçu “Xəzər Lənkəran”ın baş məşqçisinin gələcək planlarına daxil deyil. Mətbuat xidməti Vobayın “Neftçi”yə keçidinə dair yayılan məlumatları təsdiqləməyib. “Juliusla bağlı hələ ki, bizə müraciət edən olmayıb” – deyə mətbuat xidmətindən bildirilib. Qeyd edək ki, bu ilin dekabrına kimi “Xəzər Lənkəran”la rəsmi müqaviləsi olan Vobay artıq komandanın məşqlərində də iştirak etmir.


Bu yazı ( 124 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar