12px14px16px18px

“ÇL və Avro 2012-ni qazansaq, karyeramı başa vuracağam”

00:59 / 09.05.2012
“Bayern” klubunun hücumçusu Aryen Robben iddialı açıqlamaları ilə diqqət çəkib. “Kicker”ə danışan nidedrlandlı futbolçu Çempionlar Liqasını və Avro 2012-ni qazanacaqları təqdirdə karyerasını başa vuracağını açıqlayıb. “Bu mövsüm əsas hədəfimiz Çempionlar Liqasını qazanmaqdır. Ancaq Almaniya Kubokunda da “Borussiya” (Dortmund) klubu ilə çətin görüşümüz var. Hər iki kuboka iddialıyıq. Seçim arasında qalsaydım, təbii ki, Çempionlar Liqasını deyərdim. İki il öncə bu kuboku qazanacağımıza dair anama və həyat yoldaşıma söz vermişdim. Lakin alınmadı. Əgər bu dəfə Çempionlar Liqası və Avro-2012-ni qazansaq, karyeramı başa vuracağam”. Qeyd edək ki, Robben bu mövsüm “Bayern”in heyətində keçirdiyi 24 oyunda 12 dəfə rəqib qapılarına yol tapıb.


Bu yazı ( 118 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar