12px14px16px18px

Avropa Liqasında 9-cu yerli finala doğru

00:57 / 09.05.2012
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa Liqasının final matçında İspaniyanın iki komandası – “Atletiko” (Madrid) və “Atletik” (Bilbao) klubları üz-üzə gələcək. UEFA-nın rəsmi saytının verdiyi məlumata görə, bu görüş turnirin tarixində 9-cu yerli final olacaq. Bu oyuna qədər Avropa Liqasında 8 dəfə yerli final baş tutub. Həmin görüşlərdən yalnız birində qalib penaltilər seriyasında müəyyənləşib ki, bu da 2006/2007 mövsümünə təsadüf edib. Həmin oyunda “Sevilya” “Espanyol”u 3:1 hesabı ilə üstələyərək fəxri mükafata sahib çıxıb. Daha öncə keçirilən yerli final oyunlarına yenidən nəzər salaq: 1971/1972 “Tottenhem” (İngiltərə) – “Vulverhempton” (İngiltərə) – 3:2 1979/1980 “Ayntraxt” (Almaniya) – “Borussiya” (Münxhenqladbax, Almaniya) – 3:3 (ilk oyun – 1:0, cavab matçı – 2:3) 1989/1990 “Yuventus” (İtaliya) – “Fiorentina” (İtaliya) – 3:1 1990/1991 “İnter” (İtaliya) – “Roma” (İtaliya) – 2:1 1994/1995 “Parma” (İtaliya) – “Yuventus” (İtaliya) – 2:1 1997/1998 “İnter” (İtaliya) – “Latsio” (İtaliya) – 3:0 2006/2007 “Sevilya” (İspaniya) – “Espanyol” (İspaniya) – 2:2 (penaltilər seriyası – 3:1) 2010/11 “Porto” (Portuqaliya) – “Braqa” (Portuqaliya) – 1:0 Qeyd edək ki, Avropa Liqasında növbəti yerli final bu gün Bakı vaxtı ilə saat 23:45-də, İspaniyanın “Atletiko” (Madrid) – “Atletik” (Bilbao) komandaları arasında keçiriləcək.


Bu yazı ( 111 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar