12px14px16px18px

Qvardiolanın valideynləri: “O, 24 saat “Barselona” haqda düşünürdü”

00:57 / 09.05.2012  
Xosep Qvardiolanın valideynləri – Valenti və Dolores Qvardiola oğullarının movsümün sonu “Barselona”nı tərk etmək haqda qərarlarına şərh ediblər. İspaniya mətbuatının yaydığı xəbərə görə, valideynləri Pepin son vaxtlar çox yorulduğunu söyləyiblər. “O, çox işləyirdi. 24 saat “Barselona” və onun azarkeşləri haqda düşünürdü. Pepin məsuliyyət hissi çox yüksəkdir. Biz bilmirik, bundan sonra bizim oğlumuz nə işlə məşğul olacaq, amma əminik ki, növbəti iş yerində də “Barselona”da olduğu kimi çalışacaq” – deyə valideynləri bildiriblər. Qeyd edək ki, “Barselona”nın prezidenti Sandro Rossel komandanın baş məşqçisi Xosep Qvardiolaya brilyant daş-qaşlı qızıl fərqlənmə nişanı təqdim edib. Təltif olunma mərasimində baş məşqçinin atası Valenti Qvardiola, “Barsa”nın idman direktoru Andoni Subisaretta, vitse-prezident Xosep Mariya Bartomeu və gələcək baş məşqçi Tito Vilanova iştirak edib.



Bu yazı ( 113 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar