12px14px16px18px

“Xəzər Lənkəran” 300-cü matçına çıxacaq

01:01 / 03.05.2012
Unibank Premyer Liqanın sonluğu “Xəzər Lənkəran” üçün yubileylərlə zəngin olub.
Premyer Liqada 350-ci qol, Lənkəran şəhər stadionunda 100-cü oyun, ev matçlarında 1 milyonuncu azarkeş kimi yubileylərin ardından “Xəzər Lənkəran” tarixinin 300-cü oyununa çıxacaq.
Lənkəran təmsilçisi bu qədər qarşılaşma həddinə Azərbaycan çempionatı, kuboku, Birlik kuboku, Çempionlar Liqası və UEFA kuboku-Avropa Liqası turnirlərində iştirak etməklə çatıb.
XXXI turun “Qəbələ” ilə ev oyunu komandanın tarixində 300-cü qarşılaşma olacaq. 2004-cü ildə yaranan komanda indiyədək 8 ildə 299 oyun keçirib. Təbii ki, 2005/06 mövsümünün ölkə kubokunun “MKT-Araz”la nəticələri ləğv olunub yenidən keçirilməli olan matçlar nəzərə alınmamaqla.
Qeyd edək ki, “Xəzər Lənkəran” 299 oyunda 163 qələbə qazanıb, 80 heç-heçə edib və 56 dəfə uduzub.








Bu yazı ( 68 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar