12px14px16px18px

UEFA Çempionlar Liqasında mükafatı artırır

01:01 / 03.05.2012
UEFA növbəti üç mövsümdən Çempionlar Liqasının qrup mərhələsinin 32 iştirakçısı üçün mükafatın məbləğini 15 faiz artırmağa hazırlaşır. Bu haqda qurumun icraçı direktoru Devid Teylor bildirib. O qeyd edib ki, bu, teleşirkətlər və sponsorlarla müqavilədə nəzərdə tutulan məbləğin qaldırılmasından sonra baş tutacaq.
Qeyd edək ki, bu mövsüm UEFA ÇL-in 32 iştirakçısına ümumilikdə 997 milyon dollar ayırıb.
“Barselona” – 217 milyon dollar.
“Sporting İntelligence” portalı dünyanın aparıcı idman klublarının il ərzində futbolçularına verdiyi maaşla bağlı apardığı araşdırmanın nəticələrini açıqlayıb.
Reytinq siyahısında birinci yeri İspaniya “Barselona”sı tutur. Bu klub il ərzində futbolçularına ümumilikdə 217 milyon dollar maaş verir. Bu isə orta hesabla hər futbolçuya 8,7 milyon dollar deməkdir.
Siyahıda ikinci yeri 194 milyon dollarla Madrid “Real”ı tutur. Bu komandanın futbolçularının həftəlik gəliri orta hesabla 150 min dollar təşkil edir.
İlk üçlüyü İngiltərənin “Mançester Siti” klubu tamamlayır. Ötən il reytinqdə doqquzuncu olan “Mançester Siti” futbolçularına bir ildə 185 milyon dollar maaş verir.
Ümumilikdə, “Top-10” aşağıdakı kimidir:
1. “Barselona” (futbol) – bir futbolçunun orta illik əmək haqqı – 8,6 milyon dollar. Maaş fondu – 217 milyon dollar.
2. “Real” (futbol) – bir futbolçunun orta illik əmək haqqı – 7,8 milyon dollar. Maaş fondu – 194,9 milyon dollar.
3. “Mançester Siti” (futbol) – bir futbolçunun orta illik əmək haqqı – 7,4 milyon dollar. Maaş fondu – 185 milyon dollar.
4. “Çelsi” (futbol) – bir futbolçunun orta illik əmək haqqı – 6,8 milyon dollar. Maaş fondu – 169,8 milyon dollar.
5. “Los Anceles Leykers” (basketbol) – bir oyunçunun orta illik əmək haqqı – 6,3 milyon dollar. Maaş fondu – 87,9 milyon dollar.
6. “Nyu-York Yankis” (beysbol). bir oyunçunun orta illik əmək haqqı – 6,2 milyon dollar. Maaş fondu – 198 milyon dollar.
7. “Milan” (futbol). bir futbolçunun orta illik əmək haqqı – 6,1 milyon dollar. Maaş fondu – 152,6 milyon dollar.
8. “Bayern” (futbol). bir futbolçunun orta illik əmək haqqı – 5,9 milyon dollar. Maaş fondu – 170 milyon dollar.
9. “Filadelfiya” (beysbol). bir oyunçunun orta illik əmək haqqı – 5,8 milyon dollar. Maaş fondu – 174,5 milyon dollar.
10. “İnter” (futbol). bir futbolçunun orta illik əmək haqqı – 5,7 milyon dollar. Maaş fondu – 142,5 milyon dollar.



Bu yazı ( 73 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar