12px14px16px18px

Qvardiola: “Mourinyodan yox,uğurlarımın çoxluğundan yorulmuşam”

00:57 / 03.05.2012
Xosep Qvardiola mövsümün sonu “Barselona” klubunun baş məşqçisi vəzifəsindən gedəcəyi ilə bağlı yeni açıqlama verib.
Mətbuat konfransında o, gedişinin Joze Mourinyo faktoru ilə bağlı olmasına dair sualı belə cavablandırıb: “Mourinyonun mənim gedişimə təsiri olubmu? Yox! Mənim digər məşqçi rəqiblərim var. Amma mən onlardan yox, gündəlik işim və qazandığım uğurlardan yorulmuşam”.
O, nə vaxtsa “Barselona”ya qayıdacağı ilə bağlı deyib ki, bu haqda indidən nəsə söyləyə bilməz.
Joze Mourinyonun bu il FİFA-nın “Qızıl top”unu qazanmağa əsas namizədin Lionel Messi olması barədə fikirlərinə toxunan Qvardiola bildirib: “Lionel Messinin bu mövsüm nələr etdiyini hər kəs xatırlamalıdır. Gerçəkdən, inanılmaz şeylər edib. Bəzi illər Messi “Qızıl top”u qazanmaya bilər. Amma bu mövsüm etdikləri diqqətdən kənar qalmamalıdır”.





Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar