12px14px16px18px

Yunis Hüseynov: “Bizə bir qələbə kifayət edir”

11:32 / 02.05.2012
“Son iki turun oyunlarının ağır keçəyini düşünürəm. Bu oyunlarda da qalib gəlməyə çalışacağıq. Avrokuboklara vəsiqə uğrunda gedən mübarizədə ən yaxşı şans bizdədir”.
Bu sözləri “Xəzər Lənkəran” klubunun baş məşqçisi Yunis Hüseynov PFL-in rəsmi saytına açıqlamasında deyib.
Unibank Premyer Liqanın qarşıdakı iki turunu dəyərləndirən Y.Hüseynov Avroliqaya vəsiqə qazanmalarına bir qələbənin kifayət edəcəyini bildirib: “Avropa Liqasına vəsiqəni təmin etmək üçün bizə bir qələbə kifayət edir. Gərgin mübarizənin şahidi olacağıq.
Hansı komandaların vəsiqə qazanacağını əvvəlcədən söyləyə bilmərəm. “Qarabağ” əvvəlcə “İnter”lə, sonra isə bizimlə qarşılaşacaq. Bu oyunların nəticəsindən çox şey asılıdır. Bütün komandalar maksimum güclərini ortaya qoyub qələbə qazanmağa çalışacaq”.





Bu yazı ( 51 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar