12px14px16px18px

“Barselona” yeni hücumçu axtarışında

11:31 / 02.05.2012
Yeni mövsüm üçün hücumçu axtarışlarına başlayan “Barselona” klubu ilk hədəfini açıqlayıb. Kataloniya təmsilçisi “Atletik” (Bilbao) klubunun futbolçusu Fernando Lorenteyə “elçi” düşüb. Lorenteni “Barselona”ya daha uyğun futbolçu kimi dəyərləndirən rəhbərlik mövsümün sonunda Bilbao təsmilçisi ilə danışıqlara başlamaq niyyətindədir. 27 yaşlı futbolçunun da “Barselona”nın təklifini müsbət qarşıladığı bildirilir. Lakin “Barselona”nın Lorente üçün nə qədər pul təklf edəcəyi hələlik açıqlanmayıb.
Qeyd edək ki, bu mövsüm “Atletik”in heyətində 49 oyuna çıxan Lorente 28 dəfə rəqib qapısına yol tapıb.



Bu yazı ( 30 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar