12px14px16px18px

Səmədov: “Advokatın qərarı mənim üçün gözlənilməz oldu”

11:30 / 02.05.2012
“Dinamo” (Moskva) klubunun azərbaycanlı futbolçusu Aleksandr Səmədov Rusiya milli komandasının baş məşqçisi Dik Advokatın Avro-2012-dən sonra istefa verəcəyinə münasibət bildirib.
“Sovetski sport”a danışan Səmədov Advokatın bu qərarının onun üçün gözlənilməz olduğunu vurğulayıb:
“Düzünü desəm, Advokatın bu qərarı mənim üçün gözlənilməz oldu. Əgər belə qərar verilibsə, mən Advokata ancaq sağ ol deyə bilərəm. Çünki məhz onun sayəsində Rusiya millisində debüt etdim. Bu mütəxəssisi kimin əvəzləyəcəyinə gəldikdə isə bu haqda bir şey deyə bilmərəm. Bu barədə qərar verəcək insanlar var”.
Qeyd edək ki, Dik Advokat bu günlərdə Avro-2012-dən sonra Rusiya millisinin baş məşqçi postundan gedəcəyini açıqlayıb.




Bu yazı ( 22 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar