12px14px16px18px

İki klub prezidentinə ağır cəza

06:31 / 28.04.2012
İtaliya Futbol Federasiyası (İFF) iki klubun – “Latsio” və “Palermo”nun prezidentlərini ağır cəzalandırıb.
Buna hər iki prezidentin bəzi transferlər zamanı qanun pozuntularına yol vermələri səbəb olub.
Aparılan araşdırmalardan sonra İFF İntizam Komitəsi “Latsio” prezidenti Klaudio Lottini 10 ay, “Palermo”nun rəhbəri Maurizio Zamparinini isə bir illik (12 ay) futboldan kənarlaşdırıb.
“Latsio” prezidenti Mauro Zarate və Julio Kruzun, “Palermo” rəhbəri isə Pastore, Akuah, Morqanella, Laribi və Melintenin transferlərində günahkar bilinərək cəzalandırılıblar.



Bu yazı ( 160 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar