12px14px16px18px

FİFA “Xəzər Lənkəran”ın altı xalını geri qaytardı

11:22 / 27.04.2012
“Xəzər Lənkəran” Futbol Klubuna FİFA İntizam Komitəsi tərəfindən məktub ünvanlanıb. Məktubda “Xəzər Lənkəran” FK tərəfindən futbolçu Romulo Silvano Silvaya edilən ödənişin təyin olunmuş əlavə müddət ərzində yerinə yetirildiyi və FİFA İntizam Komitəsinin AFFA-ya klubdan 6 xal silinməsi barədə etdiyi sorğunun səhv olunması qeyd olunub. Bununla da, adıçəkilən məktubda FİFA İntizam Komitəsi həmin sorğunun icrasının AFFA tərəfindən ləğv edilməsi və “Xəzər Lənkəran” FK-nun 6 xalının dərhal bərpa edilməsi barədə ölkə futbol federasiyasından tələb edib. Dünən AFFA-nın İntizam Komitəsi 13 aprel 2012-ci il tarixli qərarını qüvvədən düşmüş hesab edib və “Xəzər Lənkəran”ın hesabından silinmiş 6 xalın qaytarılmasına qərar verib.  


Bu yazı ( 71 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar