12px14px16px18px

Fərhad Vəliyev: “Məsləhət olsa, başqa bir iddialı kluba keçəcəyəm”

01:34 / 14.03.2012
“Boyan Pavloviç sabit olaraq çıxış edir. Bu da onun zəhmətinin nəticəsidir ki, artıq doqquz oyundur qapısında qol görmür. Bütün bunlara rəğmən mən də yaxşı məşq edərək həvəsdən düşmürəm”. Qol.Az saytına açıqlamasında bu sözləri “Qarabağ” komandasının qapıçısı Fərhad Vəliyev deyib. Əsas heyətə düşməkdə çətinlik çəkən Fərhad hələlik gələcək karyerasını hansı klubda davam etdirəcəyi barədə düşünmədiyini bildirib: “Çünki fikrim tam olaraq “Qarabağ”dadır. Mövsümün sonunda klub rəhbərliyi və Qurban Qurbanovla danışıqlar aparacağam. İnşallah, məsləhət olsa, başqa bir iddialı kluba keçəcəyəm. Lakin indidən hələ heç bir klubla danışıqlar aparmamışam”.


Bu yazı ( 105 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar