12px14px16px18px

Amit Quluzadə Foqtsa səsləndi

“MİLLİDƏ PİS ÇIXIŞ ETDİYİMİ DÜŞÜNMÜRƏM”

01:33 / 14.03.2012
“Əsas heyətdə yerimi möhkəmlətmək üçün əlimdən gələni edirəm. “Konyaspor”la keçirilən oyundan sonra dördüncü sarı vərəqə aldım. Bununla da bir oyunu buraxmalı oldum. Daha sonra yerimə başqaları oynadı. Həmin oyunçular isə özlərini yaxşı tərəfdən göstərir”. Qol.Az-ın müxbiri ilə söhbətində Türkiyə Bank Asiya Liqasında çıxış edən 21 yaşlı futbolçulardan ibarət millimizin üzvü Amit Quluzadə son zamanlar “Kayseri Erciyesspor”un heyətində meydana az çıxmasına münasibət bildirərkən deyib. Quluzadə komandasının məqsədinin ilk “altılıq”da yerini qorumaq olduğunu bildirib: “Bu mənim Türkiyə çempionatında birinci ilimdir. Düşünürəm ki, kifayət qədər oynayıram. Təbii ki, meydanda daha çox olmaq istərdim”. Amit milli komandanın baş məşqçisi Berti Foqts tərəfindən dəvət almamasına da münasibət bildirib: “Çağırsalar da sağ olsunlar, çağırmasalar da. Milli komandaya dəvət aldığım zaman pis çıxış etdiyimi düşünmürəm. Neyləmək olar? Öz üzərimdə işləyirəm. Milli komandadan hələ də ümidimi kəsməmişəm. İnşallah, növbəti toplanışlarda Foqts məni də çağırar”.


Bu yazı ( 109 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar