12px14px16px18px

AFFA-dan “Qarabağ”ın məşqçisinə cəza

00:55 / 14.03.2012
AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. Unibank Premyer Liqanın ötən turunda qırmızı vərəqə alan 3 futbolçunun cəzaları müxtəlif olub. Belə ki, “Simurq” – “Kəpəz” oyununda bir-birinə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alan Ceyhun Sultanovla Vasili Yanotovski hərəyə 2 oyunluq cəzaya və 2000 manat cəriməyə məruz qalıb. “İnter”in futbolçusu Asif Məmmədov “Bakı” ilə səfər görüşündə 2 sarı vərəqəyə görə meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb və 200 manat cərimələnib. “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov “Xəzər Lənkəran”la ev matçında “texniki zona” qaydalarını pozduğundan, 1 oyunluq cəzaya və 1000 manat cəriməyə məruz qalıb. “Qəbələ” – “Neftçi” matçında azarkeşlər meydana kənar əşyalar atdığı üçün ev sahibləri 2000 manat cərimə ödəməli olacaq.


Bu yazı ( 116 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar