12px14px16px18px

Rövnəq Abdullayev yenidən AFFA prezidenti seçildi

00:11 / 10.03.2012
Dünən Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının növbəti hesabat-seçki konfransı keçirilib. Konfransda əvvəlcə AFFA rəhbərliyinin hesabatı dinlənilib, sonra isə qurumun prezidenti və İcraiyyə Komitəsinin üzvləri seçilib. AFFA prezidentliyinə yeganə namizəd olan Rövnəq Abdullayev çıxışına 2008-ci ildə görülən işlərlə başlayıb. Abdullayev son dövrdə futbola kütləvi axından danışıb. Onun sözlərinə görə, 2008-ci ildə ölkə üzrə qeydiyyatdan keçən futbolçuların sayı 1500 idisə, hazırda 25 min nəfərdir. Tədbirdə çıxış edən baş katib Elxan Məmmədov konfrans iştirakçılarına UEFA-nın təbrik məktubunu çatdırıb. Məktubda Azəbaycanda futbolla bağlı görülən böyük işlərdən danışılıb. E.Məmmədov konfransda 35 nəfərin səsvermə hüququna malik olduğunu və bunlardan 34-ünün tədbirdə iştirak etdiyini bildirib. Səsvermənin nəticələrinə əsasən Rövnəq Abdullayev yekdilliklə AFFA-nın prezidenti seçilib. R.Abdullayev qarşıdakı 4 ildə də quruma rəhbərlik edəcək. AFFA-nın İcraiyyə Komitəsinə seçkilər də keçirilib. Namizədliyi verilən 10 nəfər – Rauf Əliyev, Elşad Nəsirov, Ələkbər Məmmədov, Kazbek Tuayev, İsgəndər Cavadov, Mirkamil Rəhimov, Hafiz Məmmədov, Cahangir Əsgərov, Mahir Məmmədov və Elmar Qasımov yenidən quruma üzv seçilib.


Bu yazı ( 57 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar