12px14px16px18px

AFFA legioner limitini rəsmən dəyişdi

UNİBANK PREMYER LİQASININ TELEYAYIM HÜQUQU KLUBLARDAN ALINDI

00:08 / 10.03.2012
AFFA İcraiyyə Komitəsinin keçirilən iclasında legioner limitiylə bağlı qərar qəbul olunub. Növbəti mövsümdən çempionatda 7+3+1 sistemi tətbiq olunacaq. Bu isə o deməkdir ki, bütün 90 dəqiqə ərzində meydanda maksimum yeddi əcnəbi, ən azı üç yerli və yaşı 21-dək olan bir yerli futbolçu oynamalıdır. AFFA İcraiyyə Komitəsinin keçirilən iclasında növbəti mövsüm üçün Unibank Premyer Liqasının yayım hüququnun Peşəkar Futbol Liqasına verilməsi haqda qərar qəbul olunub. PFL prezidenti Ramin Musayev Qol.Az-a bildirib ki, yeni mövsümdən etibarən Azərbaycan çempionatının oyunlarını yayımlamaq istəyən telekanallar PFL-lə müqavilə bağlamalıdır: “Əks halda, onların kamerası stadiona buraxılmayacaq”. Ramin Musayev PFL-in telekanallar üçün hansi maddi şərtlər sürəcəyini açıqlamayıb: “Hələlik rəqəmi müəyyənləşdirməmişik”. Qeyd edək ki, bu mövsüm çempionatın yayım hüququ klublara məxsus idi.


Bu yazı ( 46 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar