12px14px16px18px

Azad Rəhimov: “Eyni şəxs 10federasiyanın da prezidenti ola bilər”

“LONDON OLİMPİADASINA 50-dən ÇOX LİSENZİYA QAZANMALIYIQ”

21:00 / 05.03.2012
 
Gənclər və idman naziri Azad Rəhimov müsahibə verib. Nazir əvvəlcə 5 Mart – Bədən Tərbiyəsi və  İdman günü ilə bağlı danışıb:

– İlk növbədə bu bayram günündə mən bütün idmançıları, idmansevərləri, Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, ümumxalq bayramıdır. Biz həqiqətən də idman ölkəsiyik. İdmandakı uğurlar, nailiyyətlər bunu sübut edir. Gördüyünüz kimi, idmanın bazası möhkəmlənir, çoxlu nailiyyət əldə olunur. Bu il cənab prezident tərəfindən “İdman İli” elan olunub. İnanıram ki, il ərzində xalqımız gözəl tədbirlərin, yarışların, müxtəlif maraqlı çempionatların şahidi olacaq. İstərdik ki, bu il həqiqətən də maraqlı keçsin, rəngarəng tədbirlər olsun və idmanın inkişafına, təbliğinə həsr olunsun. 2012-ci ildə London Yay Olimpiya Oyunlarında iştirak edəcəyik. Lisenziyalarımızın sayı gündən-günə çoxalır. İnanırıq ki, komandamız böyük tərkibdə London olimpiadasında iştirak edəcək. Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçıdır. Bu istiqamətdə çox iş aparılır. İnanırıq ki, namizəd şəhər elan olunacağıq. Bu uğurların hamısı sübut edir ki, Azərbaycanda idmana böyük dəstək, böyük diqqət var. Buna görə də nailiyyətlərimiz çox yüksəkdir.
– Sizcə, ölkəmiz London Olimpiadasına neçə lisenziya qazana bilər?
– Olimpiadaya 100 gün qalmış artıq 30 lisenziyamız var. London Yay Olimpiya Oyunlarınadək lisenziyalarımızın sayının 50-dən çox olacağına inanıram. Bu il idmançılarımızdan daha yüksək nailiyyətlər gözləyirik. Qarşıdakı 100 gündə təlim-məşq toplantıları və yarışların uğurlu keçməsini, olimpiadada isə çoxlu sayda medal arzulayıram.
– Azərbaycan futbolundakı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?
 – Martın 4-də 17 yaşadək qızlardan ibarət yığmamız Gürcüstana 6:0 hesabı ilə qalib gəldi. Bu, futbolumuzun inkişafından xəbər verir. Yaxın illərdə bundan böyük uğurlarımızın olacağına inanıram.
– Bəs yoldaşlıq görüşündə Fələstini belə məğlub edə bilməyən kişilərdən ibarət yığmamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində nəyə ümid edə bilər?
– Son 3 il ərzində yığmamızda böyük dəyişikliklər olmayıb. Ona görə ki, hələ yeni nəsil əsas komandaya qatılmayıb. Onlar da qoşulduqdan sonra uğurlar olacaq. Dubaydakı görüşlərdə gəncləri heyətə cəlb etmişdilər. U-19, U-21 yığmalarının üzvləri gələcəkdə əsas yığmada tam hazırlıqlı vəziyyətdə çıxış edə bilmələri üçün yoxlanırdılar. İşlər plan üzrə gedir. Baş məşqçi Berti Foqtsla müqavilə müddəti uzadılıb. İnanırıq ki, uğurlar da olacaq.
– Hazırda bəzi federasiyalarda prezident yoxdur. Bu baxımdan eyni şəxsin 3 federasiyaya rəhbərlik etməsinə necə yanaşırsınız?
– 10 federasiya da ola bilər. Federasiyalar müavinlər, bu idman növü ilə məşğul olanlar arasında bölünüb. Hərə öz işi ilə məşğuldur.
– Həndbol Federasiyasındakı problemlər nə vaxt həllini tapacaq?
– Bu federasiyanın öz prezidenti var. Hazırda Üzgüçülük Federasiyasının prezidenti yoxdur. Reqbi Federasiyasında işlərin necə getdiyini nəzərdən keçirməliyik. Gələcəkdə ola bilsin, bu federasiyaya yeni prezident seçilə bilər.
– Bəs Sizi hansı federasiyanın fəaliyyəti qane etmir?
 – Olimpiadaya lisenziya qazanmayan federasiyaların fəaliyyəti məni qane etmir. Onlar da məlumdur.
– Sizcə, bu il ilk dəfə olimpiadada komanda növündə təmsil olunmaq reallaşacaqmı?
– Biz bunun yarım addımlığındayıq. Ola bilsin, otüstü hokkey növündə lisenziya qazandıq. – İlk növbədə bu bayram günündə mən bütün idmançıları, idmansevərləri, Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bu, ümumxalq bayramıdır. Biz həqiqətən də idman ölkəsiyik. İdmandakı uğurlar, nailiyyətlər bunu sübut edir. Gördüyünüz kimi, idmanın bazası möhkəmlənir, çoxlu nailiyyət əldə olunur. Bu il cənab prezident tərəfindən “İdman İli” elan olunub. İnanıram ki, il ərzində xalqımız gözəl tədbirlərin, yarışların, müxtəlif maraqlı çempionatların şahidi olacaq. İstərdik ki, bu il həqiqətən də maraqlı keçsin, rəngarəng tədbirlər olsun və idmanın inkişafına, təbliğinə həsr olunsun. 2012-ci ildə London Yay Olimpiya Oyunlarında iştirak edəcəyik. Lisenziyalarımızın sayı gündən-günə çoxalır. İnanırıq ki, komandamız böyük tərkibdə London olimpiadasında iştirak edəcək. Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarına iddiaçıdır. Bu istiqamətdə çox iş aparılır. İnanırıq ki, namizəd şəhər elan olunacağıq. Bu uğurların hamısı sübut edir ki, Azərbaycanda idmana böyük dəstək, böyük diqqət var. Buna görə də nailiyyətlərimiz çox yüksəkdir.
– Sizcə, ölkəmiz London Olimpiadasına neçə lisenziya qazana bilər?
– Olimpiadaya 100 gün qalmış artıq 30 lisenziyamız var. London Yay Olimpiya Oyunlarınadək lisenziyalarımızın sayının 50-dən çox olacağına inanıram. Bu il idmançılarımızdan daha yüksək nailiyyətlər gözləyirik. Qarşıdakı 100 gündə təlim-məşq toplantıları və yarışların uğurlu keçməsini, olimpiadada isə çoxlu sayda medal arzulayıram.
– Azərbaycan futbolundakı hazırkı vəziyyəti necə dəyərləndirirsiniz?
 – Martın 4-də 17 yaşadək qızlardan ibarət yığmamız Gürcüstana 6:0 hesabı ilə qalib gəldi. Bu, futbolumuzun inkişafından xəbər verir. Yaxın illərdə bundan böyük uğurlarımızın olacağına inanıram.
– Bəs yoldaşlıq görüşündə Fələstini belə məğlub edə bilməyən kişilərdən ibarət yığmamız 2014-cü il dünya çempionatının seçmə qrup mərhələsində nəyə ümid edə bilər?
– Son 3 il ərzində yığmamızda böyük dəyişikliklər olmayıb. Ona görə ki, hələ yeni nəsil əsas komandaya qatılmayıb. Onlar da qoşulduqdan sonra uğurlar olacaq. Dubaydakı görüşlərdə gəncləri heyətə cəlb etmişdilər. U-19, U-21 yığmalarının üzvləri gələcəkdə əsas yığmada tam hazırlıqlı vəziyyətdə çıxış edə bilmələri üçün yoxlanırdılar. İşlər plan üzrə gedir. Baş məşqçi Berti Foqtsla müqavilə müddəti uzadılıb. İnanırıq ki, uğurlar da olacaq.
– Hazırda bəzi federasiyalarda prezident yoxdur. Bu baxımdan eyni şəxsin 3 federasiyaya rəhbərlik etməsinə necə yanaşırsınız?
– 10 federasiya da ola bilər. Federasiyalar müavinlər, bu idman növü ilə məşğul olanlar arasında bölünüb. Hərə öz işi ilə məşğuldur.
– Həndbol Federasiyasındakı problemlər nə vaxt həllini tapacaq?
– Bu federasiyanın öz prezidenti var. Hazırda Üzgüçülük Federasiyasının prezidenti yoxdur. Reqbi Federasiyasında işlərin necə getdiyini nəzərdən keçirməliyik. Gələcəkdə ola bilsin, bu federasiyaya yeni prezident seçilə bilər.
– Bəs Sizi hansı federasiyanın fəaliyyəti qane etmir?
 – Olimpiadaya lisenziya qazanmayan federasiyaların fəaliyyəti məni qane etmir. Onlar da məlumdur.
– Sizcə, bu il ilk dəfə olimpiadada komanda növündə təmsil olunmaq reallaşacaqmı?
– Biz bunun yarım addımlığındayıq. Ola bilsin, otüstü hokkey növündə lisenziya qazandıq.



Bu yazı ( 84 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar