12px14px16px18px

Əziz Yıldırım “Fənərbağça” prezidentliyinə namizəd olacaq

01:38 / 03.03.2012
Danışılmış oyunlarla bağlı aparılan istintaq çərçivəsində həbsdə olan “Fənərbağça”nın prezidenti Əziz Yıldırım may ayında keçiriləcək seçkidə yenidən klubun prezidentliyinə namizəd olacaq. Bunu klubun vitse-prezidenti Nihat Özdemir söyləyib. Nihat Özdemir idman naziri Suat Kılıç və UEFA vitse-prezidenti Şenes Erziklə fevralın 19-da görüşüb, daha sonra Yıldırım Demirören, Ünal Aysal və Adnan Öztürklə bir araya gəlib. Nihat Özdemir görüşdə deyib ki, Əziz Yıldırım may ayında namizəd kimi seçkiyə qatılacaq və qalib gələcək. Qeyd edək ki, Əziz Yıldırım həbs edildikdən az sonra qısa açıqlama yayıb və klubun prezidentliyinə növbəti dəfə namizəd olmayacağını bəyan edib.


Bu yazı ( 64 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar