12px14px16px18px

Vitse-spiker: “Bu kimi çağırışlar “Eurovision”un keçirilməsinə kölgə sala bilməz”

01:47 / 26.05.2012  
“Bu günə qədər də “Eurovision-2012” müsabiqəsi ətrafında müxtəlif fikirlər, müxtəlif şüarlar səsləndirilib, müxtəlif çağırışlar olub. Hətta, digər ölkələrin hüquq müdafiəçiləri də bir müddət öncə müsabiqə ilə bağlı Azərbaycana ünvanlanan bir sıra çağırışlar ediblər”. Bunu mətbuata açıqlamasında Milli Məclis (MM) sədrinin müavini Bahar Muradova İctimai Palatada təmsil olunan qüvvələrin “Eurovizion” günlərində, o cümlədən, müsabiqənin gedişində “Siyasi məhbuslara azadlıq!” şüarını səsləndirəcəklərini bəyan etmələrinə, eyni zamanda, bir neçə müxalifətçinin – “2 aprel məhbusları”nın aclıq aksiyasına başlamalarına, “Müsavat” yetkilisi Arif Hacılının prezidentə müraciətinə münasibətini bildirərkən dilə gətirib. Vitse-spikerin dediyinə görə, amma həm Beynəlxalq Yayım Şurasının bu məsələ ilə verdiyi açıqlamalar , eləcə də bu günə qədər ki işin gedişi onu göstərir ki, bu kimi çağırışlar, bu kimi açıqlamalar belə bir beynəlxalq əhəmiyyətli tədbirin keçirilməsinə kölgə sala, onun məqsədlərinə, hədəflərinə çatması üçün maneçilik törədə bilməz. B. Muradova eyni zamanda düşünür ki, yarışmanın keçirildiyi bu günlərdə belə, bu tipli açıqlamalar olacaq, ancq onlar da müsabiqənin Azərbaycan üçün əhəmiyyətini aşağı sala bilməyəcək: “O ki qaldı kimlərinsə aclıq aksiyasına başlamasına , prezidentə müraciət etməsinə, bu, onların hüququdur. İstənilən məsələyə münasibətini sərgiləməyin yollarını onlar özü seçirlər. Ancaq təbii ki, bütün bunlar da qanun çərçivəsində həyata keçirilməlidir. Prezidentə müraciətə gəldikdə isə hər bir vətəndaşın, o cümlədən, ictimai-siyasi məsələlərdə, proseslərdə yer alan insanların ölkə başçısına müraciət etmək hüququ var. Görünür, həmin şəxs də bu hüququndan istifadə edib. Ona münasibət bildirmək mənim səlahiyyətimə aid məsələ deyil və nə baş verəcək, necə olacaq onu da qabaqcadan söyləyə bilmərəm . Amma mən onu bilirəm ki, öz hüquqlarını müəyyən olunmuş qanunlar çərçivəsində reallaşdıran heç bir Azərbaycan vətəndaşı üçün Azərbaycanda təhlükə yoxdur. Yəni, istənilən tələbini qanun çərçivəsində irəli sürmək və Azərbaycanın maraqlarını ayaq altına atmamaq şərti ilə, hər kəs istənilən fikirlərini səsləndirə, addımlarını ata bilər”.
KAMİL


Bu yazı ( 203 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar