12px14px16px18px

“Bakıya güclü və bilikli ABŞ səfirinin göndərilməsini təmin etməliyik”

ABŞ KONQRESMENİ QREQORİ MİKS: “AZƏRBAYCAN İLƏ ABŞ ARASINDA YARANAN MÜNASİBƏTLƏRİN VACİBLİYİNİ, ƏHƏMİYYƏTİNİ DƏRK EDİRİK”

00:45 / 25.05.2012  
Aprel ayının sonunda ABŞ-ın Vaşinqton şəhərində “Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyi: Gələcəyə baxış” adlı beynəlxalq konfrans keçirildi. Bu beynəlxalq konfrans Azərbaycanla yanaşı ABŞ-da da böyük rezonans doğurdu. Konfransda ABŞ senatorları, konqresmenləri, keçmiş dövlət xadimləri ölkəmizlə bağlı diqqətçəkici məqamlara toxunaraq, iki ölkə arasındakı münasibətlər barədə diqqətçəkici fikirlər diqqətə çatdırıblar. ABŞ Konqresinin üzvü Qreqori Miks Azərbaycanla ABŞ arasındakı münasibətlərin vacibliyinə toxunaraq, bu əlaqələrin son dərəcə əhəmiyyətli olduğunu qeyd edib: “Bu konfransa qoşularaq Konqresdə üzvü olduğum Xarici münasibətlər komitəsinin Avropa və Avrasiya üzrə altkomitəsi adından sizlərə bildirmək istəyirəm ki, son 20 ildə Azərbaycan ilə ABŞ arasında yaranan münasibətlərin vacibliyini, əhəmiyyətini dərk edirik. Aramızdakı dialoq növbəti 20-30, hətta 50 il ərzində də davamlı olmalıdır. Hazırda görəcəyimiz ciddi işlərdən biri də Bakıya güclü və bilikli ABŞ səfirinin göndərilməsini təmin etməkdir. Konfransı təşkil edən amerikalılar və avrasiyalıların “Turquoise” Şurası, ABŞ Azərbaycanlıları Şəbəkəsi, “Caspian Strategy” İnstitutu və Con Hopkins Universitetinin Aparıcı və Beynəlxalq Araşdırmalar Məktəbinə təşəkkürümü bildirirəm. Görürəm ki, burada Konqresdəki bir çox digər həmkarlarım da iştirak edirlər. Bu da ona dəlalət edir ki, siz hamınız bizim düşüncələrimizdəsiniz. Siyasi mənsubiyyətindən asılı olmayaraq ABŞ Konqresinin üzvləri ölkənizin yerləşdiyi vacib bölgədə oynadığı mühüm rolu bilir və dəstəkləyirlər. Bundan daha əmin-amanlı dünyada yaşamaq üçün bölgədəki münasibətlərimiz artmalı və möhkəmlənməlidir. Ümid edirəm ki, parlamentlərarası çərçivədə bizim azərbaycanlı həmkarlarımızla dialoqumuz genişlənəcək və nümayəndə heyətlərinin qarşılıqlı səfərləri artacaqdır. Bu səfərlər çox əhəmiyyətlidir. Biz belə səfərlər etməyi planlaşdırırıq”. Daha sonra “Eurovision-2012” mahnı müsabiqəsinə toxunan konqresmen bu yarışmanın Azərbaycanın daha yaxşı tanınması üçün mühüm rol oynayacağını deyib: “Ölkənizə “Eurovision-2012” mahnı müsabiqəsinə ev sahibliyi etməkdə uğurlar arzu edirəm. Bilirəm ki, bu, təkcə Azərbaycanın deyil, bütün Avropanın istedadını nümayiş etdirmək üçün əlverişli imkan olacaqdır. Biz də üzə çıxacaq yeni istedadla tanış olmağı gözləyirik. Ümumiyyətlə, müsabiqənin Bakıda keçirilməsi Azərbaycanın daha geniş miqyasda çoxsaylı insanlar tərəfindən tanınmasına səbəb olacaqdır. Sizin haqqınızda nə qədər seçicilərimizə ölkənizlə münasibətlərin əhəmiyyəti barədə danışa bilərik. Bir daha məni konfransa dəvət etdiyiniz üçün təşəkkürümü bildirir, Konqresdə Avropa və Avrasiya üzrə altkomitənin üzvü kimi sizinlə yaxından işləməyə və tezliklə bölgəyə səfər edəcəyimizə ümid bəsləyirəm”.
AQİL


Bu yazı ( 58 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar