12px14px16px18px

Hüseyn Bağırov: “Azərbaycanda dürüst, aydın ekoloji siyasət həyata keçirilir”

00:43 / 24.05.2012
Ekologiya və Təbii Sərvətlər Nazirliyində (ETSN) 23 may – Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib. APA-nın xəbərinə görə, nazirliyin işçiləri ilk əvvəl Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər. Tədbirdə çıxış edən nazir bildirib ki, rəhbərlik etdiyi qurum ölkə prezidentinin fərmanı ilə 2001-ci il mayın 23-də ölkədə ekologiya, ətraf mühitin mühafizəsi, geologiya, hidrometeorologiya, meşəçilik və balıqçılıq sahəsində vahid dövlət siyasətini həyata keçirən qurum kimi yaradılıb. Nazir qeyd edib ki, ETSN-nin mövcud olduğu 11 ildə Azərbaycanda dürüst, aydın ekoloji siyasət həyata keçirilir: “Geriyə baxanda fəxrlə baxırıq. Nazirlik fəaliyyətə başlayanda elə problemlər var idi ki, artıq arxada qalıb. Amma irəlidə həll edilməli çoxlu problemlər də var”.
Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı isə deyib ki, ölkədə ətraf mühitin mühafizəsi sahəsində Milli Proqram və sərəncamların icrası istiqamətində nazirlik tərəfindən görülən işlər yüksək qiytmətləndirilməlidir. 2012-ci ilin yanvar ayında ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanmış Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksində (Environmental Performance İndex) Azərbaycan yüksək yerdə qərarlaşmasını da görülən işlərin nəticəsi kimi dəyərləndirmək lazımdır.
Daha sonra ölkə prezidentinin sərəncamına uyğun olaraq nazirliyin bir qrup əməkdaşı “Dövlət qulluğunda fərqlənməyə görə”, “Tərəqqi” medalları və “Əməkdar mühəndis” fəxri adı ilə təltif olunublar. Həmçinin ekologiya, təbii sərvətlərdən səmərəli istifadə, ətraf mühitin qorunub mühafizə edilməsi, bərpası və davamlı inkişafı sahələrində xüsusi xidmətlərinə görə nazirliyin bir sıra əməkdaşları ETSN-nin və Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin “Fəxri Fərman”ları ilə təltif ediliblər. Sonda Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin ölkə prezidentinə müraciəti qəbul olunub.




Bu yazı ( 99 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar