12px14px16px18px

ATƏT Parlament Assambleyasının yay sessiyası

00:49 / 19.05.2012
Bakıda keçiriləcək ATƏT Parlament Assambleyasının (PA) 2014-cü il illik yay sessiyası Bakıda keçiriləcək. APA-nın xəbərinə görə, bunu Milli Məclis sədrinin müavini, Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova jurnalistlərə açıqlamasında deyib. Bahar Muradova bildirib ki, Azərbaycan tərəfi 2014-cü ildə qurumun yaz sessiyasının Bakıda keçirilməsi üçün müraciət edib: “Amma ATƏT Parlament Assambleyasının baş katibliyi bu müraciətə daha diqqətlə yanaşaraq 2014-cü il illik yay sessiyasının Bakıda keçirilməsi barədə Azərbaycan nümayəndə heyəti ilə söhbət apardı. Bu gün Azərbaycan parlamentinin razılıq məktubu baş katibə göndəriləcək. Məktub artıq hazırdır. İllik sessiyanın Bakıda keçirilməsi Azərbaycan – ATƏT münasibətləri, eləcədə də Azərbaycanın dünyada tutduğu yer baxımından mühüm hadisə olacaq. Bu gündən sessiyaya hazırlığa başlanacaq”.






Bu yazı ( 213 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar