12px14px16px18px

Almaniyada anti-böhran siyasətinə qarşı növbəti aksiya keçirilib

00:47 / 19.05.2012  
Almaniyanın maliyyə paytaxtı sayılan Frankfurt şəhərində “Zəbt et hərəkatının” yüzlərlə tərəfdarları dünən etiraz aksiyası keçirib. Xarici informasiya agentliklərinin verdiyi xəbərə görə, mindən çox kapitalizm əleyhdarı şəhərin tarixi Römer meydanında çadırlar qurublar. Aksiyalarını “Zəbt et” adlandıran fəallar bununla Almaniyanın ən iri banklarına və Avropa mərkəzi bankının Frankfurtdakı baş ofisinə eləcə də Avropa İttifaqının anti-böhran siyasətinə öz etirazlarını bildiriblər. Etirazçıları meydandan uzaqlaşdırmaq üçün oraya çox sayda polis yeridilib. Frakfurt şəhər rəhbərliyi mümkün qarşıdurmaların olacağından narahatlığını ifadə edəndən sonra yerli məhkəmələr aksiyaların keçirilməsinə qadağa qoyub. Etirazçılar sərbəst toplaşma azadlığına qoyulan qadağaya da etiraz ediblər. Aksiyaçılar antikapitalizm şüarları səsləndiriblər. Polislər aksiya iştirakçılarının meydanın mərkəzində qurduğu çadırları sökərək onları ərazidən uzaqlaşdırıblar. Etirazçılar arasında bir neçə musiqi yarışlarının mükafatçısı, 1968-ci ildən müğənnilik edən Konstantin Veker də olub. Bu gün isə Frankfurtda kütləvi aksiyanın keçirilməsi nəzərdə tutulub. Aksiya 40 mindən çox insanın iştirakı gözlənilir. Zorakılıq hallarının qarşısını almaq üçün Almaniyanın müxtəlif yerlərindən şəhərə 5000-ə yaxın polis əməkdaşının gətiriləcəyi bildirilir. AQİL


Bu yazı ( 212 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar