12px14px16px18px

Nuşirəvan Məhərrəmli: “Klinikaların sponsorluğu ilə hazırlanan verilişlərin bəziləri gizli reklam xarakteri daşıyır”

01:13 / 18.05.2012  
“Hazırda telekanallarda olan əsas problemlərdən biri reklamla, sponsorlarla bağlıdır. Yaxın vaxtlarda bu məsələ ilə bağlı daha ciddi tədbirlər görüləcək. MTRŞ-nın növbəti iclasında telekanallarda reklamla əlaqədar aparılan monitorinqlərin nəticələri açıqlanacaq”. Bu açıqlamanı APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli verib. Onun sözlərinə görə, reklamla, sponsorlarla bağlı vəziyyət Şuranı narahat edir: “Yəqin ki, yaxın vaxtarda monitorinqin nəticələrinə uyğun olaraq kanallarla problemlərimiz olacaq. Klinikalarla bağlı məsələ əslində qanun pozuntusu deyil. Bu, sponsorlarla bağlı tələblərdə də nəzərdə tutulub. Klinikalar verilişin hazırlanmasına sponsorluq edə bilərlər. Bu verilişlərin içərisində müəyyən maarifləndirci məsələlər də var. Amma açıq-aydın görünür ki, bunlar gizli reklam xarakteri daşıyır. Telekanallarla bu məsələni ciddi şəkildə müzakirə edəcəyik”. İclasda həmçinin telekanallara Azərbaycan xalqının tarixində mühüm rol oynayan günlərlə bağlı tövsiyələr veriləcək: “Biz kanalları məcbur edə bilmərik, onlara tövsiyə veriləcək. Azərbaycanın rəsmi bayram və matəm günləri var. Kanallarda matəm günlərinə uyğun verilişlərin olması, əyləncə xarakterli, xüsusən də musiqili verilişlərin efirə az verilməsi tövsiyə olunacaq. Eləcə də bayram günləri verilən verilişlər bayramların mahiyyətinə uyğun olmalıdır”.


Bu yazı ( 78 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar