12px14px16px18px

Təbrizdə həbs olunan azərbaycanlı şairlərdən təzə xəbər

01:42 / 17.05.2012
“İran tərəfi Azərbaycan vətəndaşlarının Təbrizdə saxlanması ilə bağlı məsələni bu həftə ərzində aydınlaşdırmağa söz verib”. Bu açıqlamanı APA-ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev verib. Onun sözlərinə görə, Azərbaycanın Təbrizdəki baş konsulluğu yerli hakimiyyət orqanları və İran Xarici İşlər Nazirliyinin Təbrizdəki nümayəndələri ilə görüşüb və onlardan KİV-in məlumatına görə, Təbrizdə iki Azərbaycan vətəndaşının saxlanması ilə bağlı məsələni nəzarətdə saxlamaqla bağlı Azərbaycan tərəfinin xahişini onların diqqətinə çatdırıb: “İran tərəfi bunun müqabilində söz verib ki, bu həftə ərzində bu məsələ ilə bağlı rəsmi cavab veriləcək”.
Xatırladaq ki, Azərbaycan KİV-lərin məlumatına görə İrana səfər etmiş iki gənc Azərbaycan şairi Şəhriyar del Gerani (Hacızadə) və Fərid Hüseynin Təbrizdə mülki geyimli şəxslər tərəfindən həbs edilib.



Bu yazı ( 66 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar