12px14px16px18px

Belarusun “Evrovision-2012” mahnı müsabiqəsinin təmsilçiləri BSU-da

01:32 / 17.05.2012

Bakıda keçirilən “Evrovision-2012” möhtəşəm mahnı müsabiqəsi ərəfəsində Belarusun təmsilçiləri “Laytsound” vokal qrupu və Belorusiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri N.Y.Patskieviç Bakı Slavyan Universitetinin qonağı oldular. BSU-nun Konfrans zalında tələbələrin surəkli alqışları ilə qarşılanan qonaqlar ilkin olaraq Azərbaycan xalqının qonaqpərvərliyinə heyran olduqlarını dilə gətirdilər.
BSU-nun tərbiyə işləri üzrə prorektoru dosent Oktay Səmədov universitetin rektoru, AMEA-nın müxbir üzvü proffessor Kamal Abdullayevin adından qonaqları salamladı və bildirdi ki, görüş yerinin BSU seçilməsi təsadüfi deyildir, çünki ötən il Azərbaycana “Evrovision” qələbəsini qazandıran Eldar Qasımov BSU-nun magistrantı və əməkdaşıdır. Eyni zamanda, BSU-da Belarus dili və mədəniyyəti mərkəzi də fəaliyyət göstərir ki, bu da Belorusiya təmsilçilərində müəyyən maraq doğura bilər. Sonra O.Səmədov müsabiqə iştirakçılarına uğurlar arzuladı. Belorusiya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri N.Y.Patskieviç BSU-nun maraqlı layihələri ilə digər universitetlərdən fərqləndiyini bildirdi. “Azərbaycanda Belorusiyaya çox gözəl münasibət var, bunu hiss etmək üçün Azərbaycanda yaşamaq lazımdır”. BSU-da fəaliyyət göstərən Belarus Bili və Mədəniyyəti Mərkəzi ilə tanış olan qonaqlar burada təhsil alan tələbələrlə fikir mübadiləsi apardılar. Mərkəzin fəaliyyəti barədə məlumat verən səfir Patskieviç Belarusiya və Azərbaycan xalqları arasında dostluq və əməkdaşlığın möhkəmləndirilməsi işində fəal iştiraklarına, Belarus dili və mədəniyyətinin Azərbaycan gəncləri arasında təbliği işində xüsusi xidmətlərinə görə BSU-nun rektoru professor K.Abdullayevi, universitetdə fəaliyyət göstərən Belarus dili və mədəniyyəti mərkəzinin əməkdaşlarını və belarus dilini öyrənən tələbələri Belorusiya səfirliyinin fəxri fərmanı ilə təltif etdi.
“Laytsound” qrupunun ifaçıları Bakıya gəldikləri ilk gündən Azərbaycan xalqının qonaqpərpərvəliyinə, şəhərin memarlığına və “Evrovision-2012” yarışmasının keçirildiyi “Büllur Saray”ın möhtəşəmliyinə heyran olduqlarını bildirdilər. Tələbələrin müxtəlif mövzuda suallarını cavablandıran müsabiqə itirakçıları Azərbaycan bəstəkarı Rauf Hacıyevin “Sevgilim” mahnısını canlı ifa etdilər və bu, tədbir iştirakçılarının gurultulu alqışları ilə qarşılandı.
Sevinc QARAYEVA



Bu yazı ( 69 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar