12px14px16px18px

“Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” kitabının təqdimatı olub

11:45 / 16.05.2012
Dünən Beynəlxalq Mətbuat Mərkəzində Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə “Laçın: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” kitabının təqdimat mərasimi keçirilib. “Müharibədən zərər çəkən vətəndaşların sosial və mədəni hüquqlarının Avropa Məhkəməsində müdafiəsi, eləcə də problemin həlli ilə bağlı digər tədbirlərin beynəlxalq səviyyədə təbliği” layihəsi çərçivəsində hazırlanan kitab Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birlik tərəfindən hazırlanıb. QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov qeyd edib ki, Qarabağla bağlı həqiqətlərin dünyaya çatdırılması üçün cəmiyyətdə həssas münasibət olmalıdır. Onun sözlərinə görə, kitabın çapının məqsədi dünya ictimaiyyətinin diqqətinin bir daha bu məsələyə yönəltməkdir. “Son 20 ildə Azərbaycan həqiqətləri müxtəlif yollarla, o cümlədən media, portallar və digər vasitələrlə dünya ictimaiyyətinə çatdırılıb. Biz bu məqsədlə il ərzində 18 tədbir nəzərdə tutmuşuq”. F.Qurbanov əlavə edib ki, son 4 ildə Şura Qarabağla bağlı 100-dən çox layihəyə 1 milyon manatdan çox vəsait ayırıb. “Amma bu layihələrin sayını bir qədər də artırmaq lazımdır”. Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı İctimai Birliyinin sədri, kitabın müəllifi Faiq İsmayılov nəşrin əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, kitab ermənilərin Laçın haqqında uydurduğu mifləri dağıtmaq üçün dəyərli bir töhfədir. “Kitabda olan məlumatlar Azərbaycan mətbuatında indiyə qədər işıqlandırılmayıb. Ona görə bu kitabın əhəmiyyəti böyükdür”.
PƏRVİZ



Bu yazı ( 45 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar