12px14px16px18px

Tovuz rayonunun Əlibəyli kəndi 10 saat atəşə tutulub

01:49 / 11.05.2012
 Ermənistan Silahlı Qüvvələrinin bölmələri ötən gün axsam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndini 10 saat müddətində atəşə tutublar. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, müxtəlif çaplı silahlardan atılan atəş nəticəsində Əlibəyli kəndində mövcud olan evlərin əksəriyyətinə ziyan dəyib. Ermənistan ordusu tərəfindən atılan yandırıcı güllələr nəticəsində bir neçə evdə yanğın baş verib. Xoşbəxtlikdən ev sahibləri evdə olduqlarından baş vermiş yanğının qarşısı dərhal alınıb. Əlibəyli kənd icra nümayəndəsinin müavini Məhərrəm Qasımovun verdiyi məlumata görə, “May ayının 8-də axşam saat 20:00-dan səhər saat 06:00-dək Ermənistan silahlı qüvvələri Əlibəyli kəndi yaxınlıqda yerləşən mövqelərindən kəndi intensiv atəşə tutublar. Kənd sakinlərinin vaxtında evlərin işıqlarını söndürməsi və həyətə çıxmamağı nəticəsində xəsarət alan olmayıb. Gecə saatlarında ermənilər əsasən işıq gələn evlərə və avtomobillər atəş açıblar. Azərbaycan ordusunun cavab atəşindən sonra ermənilərin atəşi dayanıb”.


Bu yazı ( 95 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar