12px14px16px18px

Lənkəran Əliyev istintaqa cəlb edilib

01:42 / 11.05.2012
Azərbaycan Silahlı Qüvvələri Akademiyasının qərargah xidməti kafedrasının rəisi, general-mayor Lənkəran Əliyevin barəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir. Bu barədə APA-ya eksklüziv açıqlamasında Azərbaycanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bildirib. X.Vəliyev qeyd edib ki, general L. Əliyev mənimsəmə və ayrı-ayrı hərbçilərə qarşı Nizamnamədən kənar hərəkətlərə yol verdiyi üçün istintaqa cəlb edilib: “Müxtəlif maddələrlə ona qarşı ittiham irəli sürülüb, hazırda həmin cinayət işləri üzrə istintaq tədbirləri davam etdirilir. İstintaq başa çatdıqdan sonra nəticələr barədə açıqlama veriləcək”. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi general Lənkəran Əliyevə məxsus mənzilin orderinin etibarsız hesab edilməsi barədə iddia ilə Yasamal Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə iddianı təmin etməyib. Həmin qərardan apellyasiya şikayəti verilib. Bakı Apellyasiya Məhkəməsi də birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayıb. Daha sonra nazirlik Ali Məhkəməyə kasasiya şikayəti verib. Ali Məhkəmə kasasiya şikayətini qismən təmin edərək, işi yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərib. Bakı Apellyasiya Məhkəməsi yenidən işə baxaraq nazirliyin iddiasını təmin edib. Müdafiə Nazirliyinin L.Əliyevlə məhkəmə çəkişməsi mətbuata çıxandan sonra nazirlik generalın TTM-in rəisi vəzifəsində çalışdığı zaman yol verdiyi qanun pozuntuları barədə açıqlama yayıb. Açıqlamada bildirilir ki, L. Əliyevin TTM-in rəisi olarkən fəaliyyətinin yoxlanması zamanı ciddi qanun pozuntuları aşkarlanıb, buna görə də onun barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlanıb.


Bu yazı ( 90 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar