12px14px16px18px

Gədəbəydəki mis mədənin ərazisində yanğın olub

01:42 / 11.05.2012
Gədəbəy rayonunda yerləşən mis mədənində yanğın hadisəsi baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən yaydığı xəbərə görə, mədənin ərazisində ümumi sahəsi 80 kvadrat metr olan vaqon tipli yataqxananın yanar konstruksiyaları və içərisindəki əşyalar 35 kvadrat metr sahədə yanıb. Vaqonun qalan hissəsi və yaxınlıqdakı digər vaqonlar yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın söndürülüb.


Bu yazı ( 87 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar