12px14px16px18px

“Bu şiferlər radiasiya təhlükəsi yaradır”

RAMİZ HƏSƏNOV: “AZƏRBAYCANDA ASBEST ŞİFERLƏRDƏN İSTİFADƏYƏ QADAĞA QOYULMASI TƏBİİDİR”

01:04 / 11.05.2012
“Çörək sexlərində durum əvvəlki dövrlərə nisbətən yaxşıdır, amma yenə də bəzi dırnaqarası iş adamları öz işindədir. Onlar keyfiyyətsiz məhsul istehsal edərək bazara buraxırlar”. Bu açıqlamanı APA-ya Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov verib. O, şirniyyat sexlərində də eyni vəziyyətin müşahidə olunduğunu bildirib: “Şirniyyat sexlərində də vəziyyət eynidir. Təəssüf ki, keyfiyyətsiz məhsul istehsal edən şirniyyat sexlərinin sayı çoxdur. Belə sexlərin hamısını aşkarlaya bilmirik. Bizə də bununla bağlı kömək lazımdır. Komitəmizdə “Qaynar xətt” fəaliyyət göstərir, əhali “Qaynar xətt”ə müraciət edərək həmin sexlərlə bağlı bizə məlumat versin”. Ramiz Həsənov Azərbaycanda evlərin dam örtüyündə asbest şiferlərdən istifadəyə qadağa qoyulması məsələsinə də münasibət bildirib: “Asbest şiferlərdən istifadəyə qadağa qoyulması təbiidir. Çünki dünyanın hər yerində belədir. Bu şiferlər radiasiya təhlükəsi yaradır. Bu səbəbdən biz dünyada mövcud olan standartları qəbul edirik. Azərbaycanda bu şiferlərin istifadədən çıxarılması çox düzgün olardı. Amma şiferlər dəyişdirilərkən bunun dövlət və ya əhalinin öz hesabına edilməsi ilə bağlı mexanizmlər hələ hazırlanmayıb. Bununla bağlı mexanizmlər hazırlanacaq”.


Bu yazı ( 85 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar