12px14px16px18px

ADMİU-da veteran sayğısı

01:14 / 09.05.2012
Respublika Veteranlar Şurasının, Azərbaycan Respublikası KHVTİC-nin, Respublika ZK-nın Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə keçirdiyi görüşü sözün əsl mənasında bayram mərasimi adlandırmaq olardı. Faşizm üzərində qələbənin 67-ci ildönümünə həsr olunmuş tədbiri həm də bu qələbənin əldə olunmasında danılmaz xidmətləri olan həmyerlilərimizə – bu günəcən yaşayan, aramızda olan veteranlarımıza tükənməz sayğı, ehtiram nümunəsi də adlandırmaq olardı. Tədbiri giriş sözüylə açan Tədris və tərbiyə işləri üzrə prorektor Rafiq Sadıxov görüşdə iştirak edən məşhur veteranları – general mayor Bahadur Hüseynovu, polkovnik Rasim Muxtarovu, Surxay Tağızadəni, Əlövsət Baxışovu, kapitan Aleksandr Qritçenkonu ürəkdən salamlayıb, onların görüşünə təkcə tələbələrin deyil, həm də onlara dərs deyən sənətkar – pedaqoqların da qatıldığını elan elədi. Sonra söz veteranlar adından general B.Hüseynova verildi. Veteran hərbçi ikinci cahan savaşı illərində həmyerlilərimizin qəhrəmanlıq səhnələrindən, Bakı neftinin bu qələbənin əldə edilməsindəki rolundan, gənclərə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyindən söz açdı. A.Qrtiçenko ADMİU-nun tələbə və müəllimlərinə yenicə çapdan çıxmış kitabını bağışladı. Tədbiri yüksək sənətkarlıqla idarə edən Səhnə danışığı kafedrasının dosenti, fəlsəfə doktoru Zülfiyyə Eldar qızı yeri gəldikcə Azərbaycan şairlərinin ən məşhur poeziya nümunələrindən parçalar söyləyir, növbəylə sözü ADMİU-dakı həmkarlarına – görkəmli qiraət ustası Ağalar Bayramova, tədbirin bədii hissəsini öz öhdəsinə götürmüş Musiqi sənəti fakültəsinin müəllimlərindən Xalq artistləri Yalçın Rzazadəyə, Nazpəri Dostəliyevaya, Əməkdar artist İlqar Muradova, aşıq Əhliman Axundova və Fəzayıl Miskinliyə verirdi. Mərasim ödülsüz də ötüşmədi. Belə ki, Respublika KHVTİ-nin sədri, general Novruzəli Orucov özüylə gətirdiyi xatirə medallarını Veteran cəbhəçilərin yaxalarına taxdı. İntiqam


Bu yazı ( 120 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar