12px14px16px18px

“Xocalı-1992” kitabı Harvard Universitetinin kitabxanasında

01:11 / 09.05.2012 Heydər Əliyev İrsini Araşdırma Mərkəzi tərəfindən Xocalı soyqırımının 20-ci ildönümü ərəfəsində, Azərbaycan, ingilis, fransız və rus dillərində çap edilmiş “Xocalı-1992” kitabının nüsxələri ABŞ-ın Harvard Universitetinin kitabxanasında yer alıb. Bu barədə kitabın yaradıcı heyətinin rəhbəri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fuad Babayev məlumat verib. O, Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrlərinin Azərbaycan dili ilə yanaşı digər xarici dillərə də tərcümə edildiyini bildirib: “Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin (www.aliyevheritage.org) nəşrləri bir qayda olaraq Azərbaycan dili ilə yanaşı geniş yayılmış xarici dillərdə də çap edilir. Cari ilin fevral ayında işıq üzü görmüş “Xocalı-1992” kitabı həm də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədrləri olan ölkələrin dövlət dillərində çıxdı. Bu kitab Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycanda Vətəndaş Cəmiyətinin İnkişafına Yardım Assosiasiyasının sədri Elxan Süleymanovun təşkilatçılığı ilə bir müddət öncə Belçika Federal Parlamentində keçirilmiş “İşğal olunmuş ərazilər, unudulmuş ərazilər – Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanitar aspektləri” mövzulu müzakirələrdə də təqdim edilib. Təbii ki, kitab dünyanın ən nüfuzlu kitabxanalarına da göndərilib. Bu günlərdə isə biz Harvard Universiteti kitabxanasından “Xocalı-1992” kitabı nüsxələrinin fondlara daxil edilməsi haqqında məlumat aldıq”. AQİL


Bu yazı ( 121 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar