12px14px16px18px

Qeyri-sabit hava gözlənilir

11:48 / 05.05.2012
Mayın 5-də Bakı və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-24 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında mayın 5-də bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 11-16, gündüz 20-25, dağlarda gecə 3-8, gündüz 10-15 dərəcə isti olacaq. Mayın 5-6-da ölkə ərazisində hava şəraitinin nisbətən qeyri-sabit keçəcəyi, havanın tutulub açılacağı, əsasən, gecə və axşam saatlarında qısamüddətli az yağış yağacağı gözlənilir. Abşeron yarımadasında arabir güclənən şimal küləyi əsəcək.



Bu yazı ( 165 ) - dəfə oxunmuşdur


Son xəbərlər
Yazarlar
Ən çox oxunan yazılar